featured-image-16619

“Qarabağ” sabah Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda “Turan Tovuz”la qarşılaşacaq.

Klubun mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, komanda bu gün Gəncəyə təyyarə ilə yola düşüb. Qurban Qurbanovun yetirmələri Nizami yurdundan avtobusla Tovuza səfər edib. “Qarabağ” səhər saatlarında Bakıda məşq edib səfərə çıxdığından Tovuzda matçdan bir gün əvvəl hazırlıq keçməyəcək.

Azərbaycan çempionu paytaxta eyni marşrutla – Gəncədən təyyarə ilə dönəcək. “Qarabağ”ı bazar günü “Sabah”la ağır oyun gözlədiyindən görünür, Qurban Qurbanov futbolçularının yorulmaması üçün bu addımı atıb.

 

Bənzər xəbərlər