featured-image-27263

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov komandasının bu mövsümdəki çıxışını dəyərləndirib. Msport.az xəbər verir ki, o, yekunda avrokuboklara vəsiqə qazanacaqlarına inandığını deyib:

“”Hər il yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz ən azı avrokuboklarda iştirakdır. Düşünürəm ki, ötən il uğurlu mövsüm keçirdik, çempionatda 3-cü yeri tutduq, ölkə kubokunda isə final oynadıq. Bu mövsümə gəlincə, avrokuboklara çıxmaq şansımız var. Bildiyiniz kimi, “Qəbələ” əsas rəqibimizdir. Yeri gəlmişkən, bu gün həmin komanda ilə oynayırıq. İnanırıq ki, yekunda avrokuboklara vəsiqə qazanacağıq”.

Onun sözlərinə görə, komandadan razılıq və ya narazılıq mövsümün sonunda olur: “Bugün mən komandadan razıyam. Azərbaycan futbolunda rəqabət böyükdür. Eyni zamanda, klubların maliyyə durumu fərqlidir. Turnir cədvəlinə baxsaq, görərik ki, “Qarabağ” və “Neftçi” ilə tam rəqabət apara bilmərik. Bu mövsüm 3-4-cü yerlər uğrunda mübarizə aparırıq və vəziyyətimiz qənaətbəxşdir”.

 

Bənzər xəbərlər