featured-image-35755

“Qarabağ” klubu rusiyalı qapıçı Andrey Lunyovun transferini açıqlayıb.

Ağdam təmsilçisindən Msport.az-a verilən məlumata görə, 32 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.

Bənzər xəbərlər