featured-image-31685

“Qarabağ”ın yay hazırlıq planı məlum olub. Msport.az Ağdam klubunun sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, komanda iyunun 23-də Avstriyaya yola düşəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 27-də  “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək.

Azərbaycan çempionunun təlim-məşq toplanışındakı 3-cü rəqibi haqqında daha sonra məlumat veriləcək.

Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqası “Fenın III təsnifat mərhələsində “Ferentsvaroş”la qarşılaşmış və növbəti mərhələyə yüksəlmişdi – 1:1, 3:1. Ağdam klubunun sabiq hücumçusu Ovusu Kvabena hazırda Budapeşt təmsilçisində forma geyinir.

 

 

Bənzər xəbərlər