featured-image-30737

“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində növbəti potensial rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, Azərbaycan çempionuna I raundda son mümkün rəqib Albaniya çempionatının qalibi “Partizani” olub. Qeyd edək ki, Ağdam klubu “Partizani” ilə 2019-cu ildə qarşılaşmış (2:0, 0:0) və nğvbəti mərhələyə yüksəlmişdi.

Ağdam təmsilçisi növbəti mərhələlərdə də səpələnmişlərdə yer alacaq. II raundun artıq artıq 4 iştirakçısı məlumdur. Bunlar “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Molde” (Norveç) və “Aris”dir (Limassol, Kipr). İlk üç komanda püşkatma zamanı səpələnmişlərdə, “Aris” isə səpələnməmişlərdə olacaq. Yəni “Qarabağ” mərhələ adlayacağı təqdirdə, Kipr təmsilçisi mümkün rəqiblərdən biri olacaq.

Həmçinin, III raundda daha bir potensial rəqib bəllidir. Yunanıstan AEK-indən (Kipr) sonra Çexiya klubu “Sparta” da bu mərhələdən mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:

“Buduçnost” (Monteneqro

“Breydablik” (İslandiya)

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino)

“Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

“Şerif” (Moldova)

BATE (Belarus)

“Astana” (Qazaxıstan)

“Makkabi” (Hayfa, İsrail)

“Jalgiris” (Litva)

HIK (Finlandiya)

“Flora” (Estoniya)

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

“Olimpiya” (Sloveniya)

“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər:

“Linkoln” (Cəbəllütariq)

“Klaksvik” (Farer adaları)

İlkin mərhələnin qalibi

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Partizani” (Albaniya)

“Aris” (Limassol, Kipr)

“Haken” (İsveç)

“Farul” (Rumıniya)

“Valmieras” (Latviya)

“Ballkani” (Kosovo)

“Larne” (Şimali İrlandiya)

Ermənistan çempionu

“Hamrun” (Malta)

“Hesperange” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Kopenhagen” (Danimarka)

“Molde” (Norveç)

Sələpənməmiş:

“Aris” (Limassol, Kipr)

III təsnifat mərhələsi

Sələpənməmişlər:

“Sparta” (Çexiya)

AEK (Afina, Yunanıstan)

Bənzər xəbərlər