featured-image-33927

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Msport.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının II raundunda “Rakuv”u keçə bilməsə, qitənin ikinci dərəcəli klub turnirində 4 cütün məğlubundan biri ilə qarşılaşacaq.

Bunlar “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya), “Aris” (Kipr) – BATE (Belarus), “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) və “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) cütləridir.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Bənzər xəbərlər