featured-image-17714

Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri noyabrın 27-də saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri noyabrın 27-də iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Zirə” matçına saat 19:00-da start veriləcək.

Bənzər xəbərlər