featured-image-16015

“Neftçi”nin kapitanı Emin Mahmudov Kipr çempionatından təklif aldığını deyib. Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu bu dəvətə müsbət yanaşmayıb:

“Son dəfə məni Avropaya Kipr “Apollon”nuna çağırmışdılar, iki il əvvəl. Ona görə imtina etdim ki, elə də ciddi fərqi yoxdur. Çempionatlar aşağı-yuxarı eynidir. Təklif etdikləri pul da eyni idi.

Rusiyada “Tambov” RPL-ə vəsiqə qazananda çağırmışdı (2018-2019-cu illər mövsümü). Ancaq ora getməyin ümumiyyətlə, mənası yoxdur. Hətta Rusiya çempionatının ikinci “səkkizliyi”nə getmərəm. Demək olar ki, Azərbaycanla eynidir. Əgər getsəm böyük kluba, ora da 30 yaşında götürməzlər. Ola bilər ki, buna görə heç hara getmirəm”.

Mahmudov 18 yaşında “Spartak”a transfer olunub yaxşı pullar alsa da, ulduz xəstəliyinə tutulmadığını deyib: “Əgər sən məni 3 min dollar maaş alan vaxtı da görsəydin, daha çox qazandığımda da heç bir fərqi yox idi. Mən gəzən adam deyiləm. Uzaq başı dostlarla otura bilərəm. 18 yaşımda “Saturn”da çox yüksək əməkhaqqı alırdım. Amma mən bazada qalırdım və tennisbol oynayırdım. Hərçənd bu cür pulla özümə ev kirayələyə bilərdim”.

Yarımmüdafiəçi qardaşı ilə biznesə pul qoyduğunu da etiraf edib: “Qardaşımla Moskva bilayətində bir-iki yer alıb icarəyə verdik. Axı bu ucuz deyil, hər əmək haqqı ilə ala bilməzsən. Ona görə də pulu yığırdıq, sonra alırdıq”.

“Neftçi”nin futbolçusu hələ də həmin obyetləri icarəyə verdiklərini deyib.

Bənzər xəbərlər