featured-image-31266

“Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos Azərbaycan Kubokunun finalında “Neftçi” üzərində qələbədən (1:0) danışıb.

Msport.az “LANCE”yə istinadən xəbər verir ki, 26 yaşlı vinger mövsümün yekunlarına da toxunub:

“Kuboku qazandığımız üçün şadam. Mövsüm ərzində çox çalışdıq və hər şeyimizi verdik. Bunun üçün nə qədər səy göstərildiyini yalnız biz bilirik. Qarşıya qoyduğumuz məqsədlərə nail olduq və indi fədakarlığımızın bəhrəsini görürük. Komandaya müsbət töhfə verəndə özümü əla hiss edirəm. Güclü, balanslı heyətimiz olsa da, bilirik ki, böyük sərmayələri olan klublar var. Kuboku qazandıq, Konfrans Liqasına vəsiqə əldə etdik, çempionatı 4-cü yerdə başa vurduq. Komanda üçün parlaq mövsüm oldu. Biz bu uğura layiqik”.

Bənzər xəbərlər