Qax da I divizionda təmsil olunmaq istəyir, amma...
Gələn mövsüm I divizionda oynamaq istəyən komandalardan biri də Qax təmsilçisidir. Msport.az-ın əldə etdiyi məlumata görə, bu rayonun nümayəndələri AFFA-ya gedərək I dəstədə çıxış etmək istəklərini dilə gətiriblər.
Lakin AFFA və PFL-in bu məsələyə münasibəti müsbət deyil. Çünki Qax şəhər stadionu hazırda bərbad vəziyyətdədir. Vaxtilə “Simurq” bir müddət ev oyunlarını bu stadionda keçirərkən azsayda plastik oturacaqlar quraşdırsa da, indi onlardan əsər-əlamət qalmayıb. İdman qurğusunun paltardəyişmə və digər yardımçı otaqları da yararsız vəziyyətdədir.
Qeyd edək ki, Qaxın hazırda Region Liqasında komandası yoxdur.
AYXAN