Qazaxıstan futbolunda faciə - Futbolçu meydanda vəfat etdi - FOTO
“Kayrat”ın 19 yaşlı yetirməsi Dias Toleu oyun zamanı vəfat edib. Msport.az xəbər verir ki, hadisə Qazaxıstan çempionatının I Liqasının 25-ci turunda “Xan-Tenqri” – “Ekibastuz” matçı zamanı baş verib.
Futbolçu 65-ci dəqiqədə qəfildən yerə yıxılıb. Onu xərəkdə meydandan kənara çıxarıblar. Axşam saatlarında Qazaxıstan Futbol Federasiyası Dias Toleunun ölümü barədə xəbər yayıb.
“Kayrat”ın yetirməsi olan Toleu 2024-cü ilin aprelində “Xan-Tenqri” klubuna keçib. O, bu mövsüm Qazaxıstanın I Liqasında 18 oyunda forma geyinib.