featured-image-49005

Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib.

Msport.az xəbər verir ki, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda Azərbaycan avarçəkənləri məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 m məsafəyə mübarizədə qızıl, 500 m məsafəyə yarışda gümüş mükafat qazanıb. Bundan başqa, Cavid 1 nəfərlik kanoe qayığında 200 və 500 m məsafələrdə də 2-ci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 m məsafəni 3-cü pillədə bitirib.

Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 m məsafəni 1-ci yerdə tamamalayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə 3-cü nəticə göstəriblər.

Bənzər xəbərlər