"Qəbələ" Alimi və Ruanın gedişini açıqladı
“Qəbələ” daha 2 futbolçunun klubdan gedişini rəsmən açıqlayıb. Msport.az xəbər verir ki, hər iki legioner maddi şərtlərə görə “qırmızı-qaralar”ın heyətində qalmaq istəməyiblər.
Hər iki oyunçu 2021/22 mövsümündən əyalət klubunun formasını geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib.
Qeyd edək ki, Alimi karyerasını Rumıniyanın “Sepsi” komandasında davam etdirəcək. Ruan isə Ərəb ölkələrindən birinə yollanmağı planlaşdırır.