featured-image-30172

“Bir aydır bütün heyətlə danışıqlar başlayıb. Hər iki tərəf öz istəklərini bildirib. Bu, tamamilə normal haldır”.

Bunu Msport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

O, büdcələrinin elə də yüksək olmadığını bildirib: “Oyunçularımızla müqavilələrin maddi tərəfi də o qədər böyük deyil. İki yaxşı mövsüm keçiriblər. Bizə də bunları qiymətləndirmək düşür”.

Kərimovun sözlərinə görə, hansı futbolçularla ortaq məxrəcə gələcəklərini bilmir: “Amma strategiyamız əvvəlki kimidir. Heyətin özəyini qoruyub saxlamağa çalışırıq. İstəyirik ki, aparıcı oyunçularımız qalsın, sadəcə, bir neçə əlavə edək. Bu isə sırf maddiyatla bağlı olan məsələdir. Futbolçular bizim büdcəmizə uyğun və yaxın məbləğlərə razılaşsalar, əlsəriyyəti komandada qalacaq”.

Bənzər xəbərlər