featured-image-16040

“Qəbələ” zədəli futbolçularının durumu ilə bağlı açıqlama yayıb.

Msport.az xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.

Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir. Bərpa prosesini başa vuran Ürfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.

Premyer Liqanın 12-ci turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən futbolçular – Rövlan Muradov, Felipe Santos və Rafael Utziqin durumlarına sabah baş tutacaq müayinələrdən sonra aydınlıq gələcək.

Bənzər xəbərlər