featured-image-31186

“Qəbələ” Ülvi İsgəndərovla razılığa gəlib.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu “Sumqayıt”dan təklif alsa da, “qırmızı-qaralar” onu heyətdə saxlaya biliblər. Bir neçə gün davam edən danışıqlardan sonra klub hücumçunun əməkhaqqını qaldırmalı olub.

“Qəbələ” yaxın vaxtlarda İsgəndərovla müqaviləni rəsmən açıqlayacaq.

Qeyd edək ki, forvard ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda 6 qol vurub.

 

Bənzər xəbərlər