featured-image-28449

“Qəbələ” yayda iki futbolçu ilə yollarını ayıracaq. Msport.az xəbər verir ki. “qırmızı-qaralar” Kristof Atanqana və Andrey Strijakla müqaviləni yeniləməyəcək. Hər iki oyunçu baş məşqçi Elmar Baxşıyevin ümidlərini doğrultmadı və əsas heyətdə özlərinə yer edə bilmədilər.

Hətta Səlahət Ağayevin ardıcıl səhvlər edib, formada olmadığı dövrdə belə, kamerunlu qolkiper ehtiyatda qalır. 23 yaşlı əlcək sahibinin anlaşması iyunda başa çatır. Atanqana bu mövsüm Azərbaycan Premyer Liqasında cəmi 1 oyunda qapını qoruyub.

Andrey Strijaka da qapının göstərilməsi gözlənilir. 23 yaşlı yarımmüdafiəçi də Baxşıyevin bəyənmədiyi futbolçulardandır. Ukraynalı futbolçunun da müqaviləsi iyunda başa çatır. Strijak cari çempionatda cəmi 6 oyunda meydana çıxıb.

AYXAN 

Bənzər xəbərlər