featured-image-26720

“Sabah” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qəbələ”” ilə oyuna itkilərlə çıxacaq. Msport.az xəbər verir ki, Murad Musayev iki cəzalı futbolçunun xidmətlərindən yararlana bilməyəcək.

Milli komandanın düşərgəsindən qayıdan Ceyhun Nuriyev və Amin Seydiyev sarı vərəqə limitini doldurublar. Nuriyev 4 “sarı” alıbsa, Aminin passivində 8 sarı vərəqə var.

Qeyd edək ki, Seydiyev bu dəfə millimizin heyətinə çağırılmamışdı.

“Sabah” – “Qəbələ” matçı aprelin 2-də saat 18:00-da start götürəcək.

AYXAN 

 

Bənzər xəbərlər