featured-image-33269

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.

“Termal otel”in məşq bazasında baş tutan qarşılaşma “qırmızı-qaralar”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisindən qolları İlkin Qırtımov, Murad Musayev, Omar Hani və yeni transfer Osama Xalayla vurublar.

Qeyd edək ki, “Qəbələ” Türkiyədə daha iki görüş keçirəcək.

Bənzər xəbərlər