"Qəbələ"ni tərk edən futbolçu bu kluba keçdi - FOTO
Mövsümün sonunda “Qəbələ”dən ayrılan İsnik Alimi karyerasını Rumıniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, albaniyalı yarımmüdafiəçi bu ölkənin “Sepsi” klubuna keçib.
Tərəflər arasında rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, İsnik Alimi 2021-ci ildən “qırmızı-qara” formanı geyinirdi. 29 yaşlı futbolçu ötən mövsüm Azərbaycan Premyer Liqasında 34 oyunda 9 qol vurub.








