“Qəbələ”nin futbolçusu üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasının XXIX turu “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov üçün əlamətdar olub. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Qəbələ”nin heyətində 90-cı çempionat oyununa çıxıb. Bu, “Zirə” ilə ev qarşılaşmasına (2:1) təsadüf edib.
Ülvi “Qəbələ” forması ilə çıxdığı Premyer Liqa görüşlərində 16 qola imza atıb. O, klubun heyətində çempionatda 90 və daha çox oyun keçirən 12-ci futbolçudur.
Xatırladaq ki, İsgəndərovun “qırmızı-qara” formada çıxdığı ilk Premyer Liqa matçı 2019/20 mövsümündə baş tutub. O, 2019-cu il avqustun 17-də “Sumqayıt”la ev görüşündə (0:2) debüt edib.







