"Qəbələ"nin sabiq üzvü millimizə qarşı oynamayacaq
Estoniya millisinin 8 futbolçusu Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Msport.az federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bunlar Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soometsdir.
Müdafiəçi olan Tamm şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Zenyov 2015-2017-ci illərdə “Qəbələ”nin şərəfini qoruyub.
İyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya seçməsi 3 gün sonra evdə Belçikanı qəbul edəcək.