featured-image-30298

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Şamaxı”nın qonağı olacaq.

Msport.az xəbər verir ki. 4-cü yer uğrunda mübarizə aparan komanda səfər görüşünə ciddi itkilərlə çıxacaq.

Ürfan Abbasov və İlkin Qırtımov cəzalı olduqlarından komandalarına kömək edə bilməyəcəklər. Abbasov ötən tur “Turan Tovuz”la matçda qırmızı vərəqə ilə cəzalandırılıb. Qırtımov isə çempionatda 8-ci sarı vərəqəsini alıb.

Amma Elmar Baxşıyevi narahat edən məsələlər təkcə bu deyil. “Qəbələ”nin təcrübəli futbolçularından Asif Məmmədov ötən tur zədələndi və əməliyyat olundu. Onunla yanaşı, zədə səbəbindən Ferras Abu Akal üçün də mövsüm bitib.

Qeyd edək ki, “Şamaxı” – “Qəbələ” matçı bu gün saat 16-30-da start götürəcək.

AYXAN 

Bənzər xəbərlər