featured-image-20699

“Qəbələ” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyadakı hazırlıq prosesində son yoxlama görüşünə çıxıb.

Elmar Baxşıyevin yetirmələri “Teplitse” ilə qarşılaşıb. Oyun Çexiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində yeganə qola 13-cü dəqiqədə Ramon Maçado imza atıb.

Bununla da, yanvarın 4-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlığı başa vurub. Bu müddətdə “Sepsi” (Rumıniya) ilə heç-heçə edən (2:2) və “Lukenvalde” (Almaniya) üzərində qələbə qazanan (3:2) “Qəbələ” sabah vətənə qayıdacaq.

Bənzər xəbərlər