Qəzada xəsarət alan "Mingeçevir" klubunun rəsmisi Bakıya gətirilib
Bugünkü avtobus qəzasında xəsarət alan “Mingəçevir” komandasının idman direktoru Zaur Qarayev Bakıya gətirilib.
Klubdan Msport.az-a verilən məlumata görə, o, “Bona Dea” hospitalında müayinədən keçirilib.
Hələlik klub rəsmisinin vəziyyəti barədə dəqiq açıqlama verilmir.
Qeyd edək ki, qəza komanda I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən olub. Fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan görüş təxirə salınıb.
CAHİD