Qoretska “Bavariya”dan gedəcək
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska 2025/2026 mövsümünün sonunda komandadan ayrılacaq.
Msport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Freynd açıqlama verib.
O, 2026-cı ilin yayında müqavilə müddəti başa çatacaq 30 yaşlı almaniyalı futbolçu ilə yolların ayrılması barədə qərar verildiyini deyib.
Qeyd edək ki, Qoretska 2018-ci ilin yayında “Şalke 04” klubundan “Bavariya”ya transfer olunub. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 28 matça çıxıb və 1 qol vurub.







