featured-image-29503

Qranit Caka yenidən karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Msport.az xəbər verir ki. bu haqda “Sport1″in jurnalisti Patrik Berqer məlumat yayıb.

Onun sözlərinə görə, “Bayer” 30 yaşlı yarımmüdafiçini transfer etmək üçün iş aparır. İsverə millisinin üzvünün “Arsenal”la müqaviləsi 2024-cü ilə kimidir, üstəlik bir ilə də artırıla bilər. Bu səbəbdən Leverkuzen təmsilçisi londonlulara 10 milyon avro ödəməlidir.

“Arsenal” da yarımmüdafiə xəttini gücləndirmək istəyir və “Vest Hem”dən Deklan Raysla “Brayton”dan Moyses Kaysedonu izləyir.

Xatırladaq ki, Caka “Arsenal”a 2016-cı ildə Münhenqladbax “Borussiya”sından keçib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər