featured-image-15324

Rusiyanın “Matç TV” telekanalı “İnstaqram” hesabında Rusiya Premyer Liqasının tarixinin ən güclü azərbaycanlı futbolçusunun kim olması ilə bağlı sorğu keçirib.

Msport.az  xəbər verir ki, 1 milyon izləyicisi olan səhifədə keçirilən sorğunun qalibi  Qurban Qurbanov olub. O, Ramil Şeydayevi qabaqlayıb.

Qeyd edək ki, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov futbolçu karyerası ərzində Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Volqar-Qazprom” klublarında oynayıb. Hazırda “Qarabağ”da oynayan R.Şeydayev isə Rusiyanın “Zenit”, “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) klublarında çıxış edib.

media-showpic_el100 (1)

media-showpic_el100

 

media-showpic_el100 (2)

Bənzər xəbərlər