featured-image-18774

Vətən müharibəsi şəhidi, baş leytenant Elçin Əzizovun övladı Yusif Əzizov “Qarabağ” klubunun düşərgəsini ziyarət edib.

Msport.az xəbər verir ki, ən böyük arzularından birinin həyata keçdiyini deyən Yusif, komandanın baş məşqçisi Qurban Qurbanov, klub nümayəndələri və futbolçular tərəfindən böyük sevgi və ehtiramla qarşılanıb.

“Qarabağ”a böyük sevgisindən söz açan şəhid övladı komandaya uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib, Yusif Əzizova komanda tərəfindən imzalı top və forma hədiyyə olunub.

Bənzər xəbərlər