featured-image-16662

Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış, bu gün baş tutacaq “Turan Tovuz” – “Qarabağ” oyunundan öncə Peşəkar Futbol Liqası klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib.

Msport.az PFL-in rəsmi səhifəsinə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının əməkdaşları, şəhid ailələri, qazilər, “Turan Tovuz” və “Qarabağ” klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının (“Turan Tovuz”un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

Ehtiram əlaməti olaraq abidələr önünə gül çələngi qoyulub.

media-314411213_8960210987338058_8319636686814293872_nə

media-313439210_8960210954004728_7897946730264932061_n

Bənzər xəbərlər