Qurban Qurbanov və "Sabah"ın məşqçisi fləş-müsahibəyə gəlmədi
Azərbaycan Premyer Liqasının 30-cu turunun “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra komandaların məşqçiləri CBC Sport-a açıqlama verməyiblər.
Msport.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Murad Musayev cəzalı olduğundan onun köməkçisi Artur Olenin flaş-müsahibəyə gəlməli idi. Nə Olenin, nə də Ağdam klubunun çalışdırıcısı Qurban Qurban CBC Sport-un mikrofonuna yaxınlaşmayıblar.
Təxminən 5-6 dəqiqə məşqçiləri gözləsələr də, heç kim gəlmədiyindən Masazırdan canlı yayım fləş-müsahibələr olmadan yekunlaşıb.
AYXAN







