featured-image-27486

Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb. Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Azərbaycan Premyer Liqasının XXIX turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə “”Qarabağ”ın baş məşqçisinə üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.

Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. XXV turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.

Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər