featured-image-33697

“Rakuv” və “Qarabağ” arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Msport.az xəbər verir ki, görüşü  İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab oyunu bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.

Bənzər xəbərlər