featured-image-31108

Mövsümün sonunda “Qarabağ”dan ayrılan və Tailandın “Buriram Yunayted” komandasına keçəcəyi gözlənilən Ramil Şeydayev daha bir komandanın transfer siyahısına düşüb.

Msport.az xəbər verir ki, Macarıstanın “Ferensvaroş” klubu 27 yaşlı hücumçu ilə yaxından maraqlanırdı. Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində görüb bəyəndiyi millimizin üzvünü sərəncamında görmək istəyirdi.

Lakin təcrübəli oyunçunun artıq “Buriram Yunayted”lə 2 illik rəsmi müqavilə imzaladığı iddia olunur.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm 22 qol Azərbaycan Premyer Liqasının bombardiri olub.

CAHİD

Bənzər xəbərlər