Rauf Vəliyev “Səbail” – “Sabah” matçını izləyib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Premyer Liqanın XXIX turunda keçirilən “Səbail” – “Sabah” oyununu izləyib.
Msport.az xəbər verir ki, iş adamı “dənizçilər”in qalib gəldiyi matça VİP lojadan canlı tamaşa edib.
Arenanı xeyli gec tərk edən ASCO-nun rəhbəri baş məşqçi və komanda üzvləri ilə görüşüb.
Qeyd edək ki, “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Səbail” son pilləni tərk edərək, 9-cu sıraya yüksəlib.
CAHİD







