featured-image-11572

Futbol üzrə Norveç yığmasının hücumçusu Aleksandr Sörlot Almaniyanın “Leypsiq” klubundan ayrılıb.

Msport.az xəbər verir ki, 26 yaşlı forvard yenə İspaniyanın “Real Sosyedad” klubuna icarəyə verilib.

Sörlotun 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcəyi diqqətə çatdırılıb.

Aleksandr ötən mövsüm də icarədə olduğu “Real Sosyedad”da 44 oyuna çıxıb, 8 qol vurub. O, 2020-ci ilin sentyabrından “Leypsiq”də çıxış edir. Bundesliqa təmsilçisi həmin vaxt bu oyunçunu İngiltərənin “Kristal Pelas” klubundan 20 milyon avroya transfer etmişdi. Lakin norveçli futbolçu Almaniya klubunda 38 oyuna cəmi 6 qol vura bilib. Hücumçu Norveç yığmasında keçirdiyi 42 oyunda 15 dəfə fərqlənib.

Bənzər xəbərlər