featured-image-27179

Rumıniyada çəkilmiş “The Action Pack” filmində “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan ilə boşanması ilə bağlı səhnə yer alıb.

Msport.az xəbər verir ki, səhnələrin birində filmdə polis məmuru Oli obrazını canlandıran Antonia yeni həmkarı, Vlad Brumarunun canlandırdığı Aurel ilə söhbət edir. Oli Denzel haqqında danışarkən onun boşanma səbəbindən çox əziyyət çəkdiyini deyir. “Valideynlərin boşanması?”, – Aurel reaksiya verir. Oli isə “Yox, Rege ilə Prodan arasındakı boşanmadan danışıram” deyə Antonia bildirib.

Həmi səhnədə filmin premyerasına qatılan şəxslərin hər biri gülməyə başlayıb.

Regekampf təqdimat mərasimində iştirak etməyib. Prodan isə çəhrayı paltarı ilə göz oxşayıb.

Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlindən “Neftçi”yə başçılıq edir.

media-378c11cf-cf79-4638-8dc5-36b1696a410b

CAHİD

Bənzər xəbərlər