featured-image-17149

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf vətənindəki biznesindən danışıb.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssisin ferması var.

47 yaşlı məşqçi Rumıniya mətbuatına açıqlamasında Buxarest yaxınlığında böyük fermaya sahib olduğunu gizlətməyib. Maraqlıdır ki, o, bunu ilk vaxtlar özü üçün açdığını deyib: “Bu işə düzgün qidalanmağım üçün başladım. Çox kökəlmişdim, 94-95 kiloqrama çatmışdım. Abu Dabidə bəzi analizlərdən keçdim, məşqlər etdim. Mənə dedilər ki, çox ət yeyirəm və düzgün qidalanmıram. Sağlam qidalanma üçün belə bir addım atdım”.

Regekampf biznesinin qısa müddətdə böyüdüyünü, artıq daha çox qazanc əldə etdiyini vurğulayıb: “Təbii yeməklərlə qidalanmaq üçün bu fermanı açmışdım. Bir neçə toyuq, inək, donuz və qoyunla başladım. İndi isə 1000-ə yaxın, bəlkə də, daha çox heyvanım var. Bu, çox böyük fermadır”.

Qeyd edək ki, Laurentsiu Regekampf mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunub.

Bənzər xəbərlər