Regekampfın keçmiş xanımı Rumıniya prezidenti olmaq istəyir
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan Rumıniya prezidenti olmaq istəyir.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, bir müddət öncə siyasətə qoşulan keçmiş agent 2024-cü il seçkilərində iştirak edəcəyini açıqlayıb. Prodan hər zamankındən daha qətiyyətli olduğunu bildirib:
“Biz millət olaraq dəyişmişik və hər bir sahəni ixtisaslı kadrlarla təmin etmişik. Ailəmdə baş verənlərdən sonra haqsızlıqlara qarşı açıq döyüşə girdim. Qalib gələcəyimə inanıram”.
Qeyd edək ki, Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.