"Regekampfın "Neftçi"dəki taleyini şərh edə bilmərəm"
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş yoldaşı Anamariya Prodan rumıniyalı mütəxəssisin “Neftçi”dən qovulacağı ilə bağlı iddialara münasibət bildirib.
Msport.az saytının məlumatına görə, sabiq futbol agenti çalışdırıcının “ağ-qaralar”dakı taleyini şərh etmək istəmədiyini söyləyib:
“Amma dəqiq bilirəm ki, Rege çox yaxşı məşqçidir və ona həmişə təkliflər gəlib”.
Qeyd edək ki, “Neftçi” ötən mövsüm Laurentsiu Regekampfın rəhbərliyi altında Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalında isə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.







