Regekampfın qəzaya düşməsindən xəbəriniz var?
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 2010-cu ildə qəzaya düşüb.
Msport.az xəbər verir ki, yol-nəqliyyat hadisəsinə səbəb rumıniyalı mütəxəssisin keçmiş həyat yoldaşı Anamariya Prodanın sükan arxasında yuxulaması səbəb olub.
Qəza zamanı avtomobildə sabiq cütlüyün övladları da olub. Nəqliyyat vasitəsi yoldan çıxaraq, dəmiryol relsinə düşüb, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, Laurentsiu Regekampf ötən ilin yayından “Neftçi”yə başçılıq edir.
Cahid







