featured-image-25501

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Rəhim Sterlinqi yığmaya niyə çağırmamasına aydınlıq gətirib.

Msport.az xəbər verir ki, “Çelsi”nin hücumçusu 25 nəfərlik heyətə düşməyib. İngiltərə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İtaliya və Ukrayna ilə qarşılaşacaq:

“Rəhim Sterlinq hazır deyil, vəssalam. O, formada olsaydı, mən şübhəsiz ki, dəvət göndərərdim”.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Lester”lə oyunu (3:1) əzələ ağrılarına görə buraxıb.

Sterlinq İngiltərə Premyer Liqasının cari mövsümündə 19 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər