featured-image-28910

İsveçrə çempionatında 31-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” səfərdə “Luqano” qarşısında aciz qalıb – 1:5.

Dadaşov 63-cü dəqiqədə hesab 2:1 olarkən meydana daxil olub. Bundan sonra onun komandası daha 3 top buraxıb.

“Qrasshoppers” 31 oyundan sonra 40 xalla 5-ci yeri tutur. Renatın komandası avrokuboklara vəsiqə verən 4-cü pillədən 5 xal geri qalır.

ANAR

 

 

Bənzər xəbərlər