featured-image-5158

Belarus milli komandasının üzvü Valeri Boçerov Azərbaycanla qolsuz başa çatan oyun haqqında fikirlərini bildirib. Msport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Belarus Futbol Federasiyasının saytına danışıb:

“Əlbəttə, nəticə bizi məyus etdi. Oyunun sonlarında yaxşı şanslarımız oldu. Ancaq qol vura bilmədik. Bilmirəm, bəlkə də yenə bəxt bizdən üz döndərdi. Sadə dillə desək qol vura bilmədik, realizə problemlərimiz var”.

BATE-nin üzvü millinin son 6 rəsmi matçda yalnız 1 qol vurmasına da münasibət bildirib: “Müdafiə xəttində hər şey yaxşıdır, biz çox az qol buraxırıq. Slovakiya ilə ötən oyunda 1 qol buraxdıq, həm də rəqibə çox təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Bu matçda da məncə, qol vəziyyətləri olaraq rəqibi üstələdik. Ancaq hücumların başa çatdırılması üzərində işləyəcəyik.

Düçünmürəm ki, oyunda kobudluq çox oldu. Sadəcə rəqib futbolçular bizi daha çox təxribata çəkmək istəyirdilər. Ona görə belə göründü”.

Boçerov Azərbaycanın Belarusla təxminən eyni səviyyəli komanda olduğunu deyib: “Düzü, rəqib məni heç nə ilə təəəcübləndirmədi. Sadəcə topa daha çox nəzarət edirdilər. Başqa heç nə.

 

 

Bənzər xəbərlər