featured-image-25423

Markus Reşford “Mançester Yunayted”də avrokuboklarda vurduğu qol sayəna görə, Kriştiano Ronaldonu keçib.

Msport.az “Mirror”a istinadən xəbər verir ki, dünən Avropa Liqasının 1\8 final mərhələsinin “Bets”lə cavab oyununda (1:0) 25 yaşlı hücunçu qələbə qolunu vurub.

Bu Reşfordun “Yunayted”in heyətində avrokuboklarda 25-ci qolu olub. Ronaldo 24 dəfə fərqlənib (ikisini Avropa Liqasında vurub). Reşford klubun tarixində avrokuboklarda vurulan qollara görə, 6-cı yeri tutur.

Pol Skoulzun hesabında 26 top var. 4-cı sırada 1962-1973-cü illərdə çıxış etmiş Dennis Lou gedir – 28. Siyahıda 3-cü yeri Rayan Giqqz tutur (29), Rud van Nistelroy 2-ci pillədədir – 38. Birinci yerdə isə Ueyn Runidir – 39.

Həm də Reşford avrokuboklarda 25 qol vuran ən gənc ingiltərəli futbolçu olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər