featured-image-27132

İngiltərə Premyer Liqasında təxirə salınmış 2 oyun keçirilib. Msport.az xəbər verir ki, 7-ci turdan təxirə salınmış matçda “Vest Hem” “Nyukasl”ı qəbul edib. Qonaqlar səfərdən böyük hesablı qələbə ilə dönüblər.

“Mançester Yunayted” isə 25-ci turdan təxirə salınmış görüşdə “Brentford”u qəbul edib və tək qolla qalib gəlib.

“Mançester Yunayted” 53 xalla 4-cü yeri tutur. Turnir cədvəlinə 72 xala malik “Arsenal” başçılıq edir. “Mançester Siti” 64 xalla 2-ci, “Nyukasl” isə 3-cü yeri tutur – 53 xal.

İngiltərə Premyer Liqası
5 aprel

7-ci turun oyunu

Vest Hem – Nyukasl 1:5
Qol: K.Zuma, 40 – Uilson, 6; 46. Joelinton, 13; 90. A.İsak, 82.

25-ci turun oyunu

Mançester Yunayted – Brentford 1:0
Qol: Reşford, 27.

Bənzər xəbərlər