featured-image-5298

“Sabah” Anatoli Nuriyevlə müqaviləni rəsmən açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

O,  “Sabah”da 9 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Nuriyevin “Sabah”a keçəcəyini ilk olaraq “Msport.az” yazmışdı – https://msport.az/sabah-millimizin-uzvunu-transfer-etdi-ozel. 

Bənzər xəbərlər