featured-image-15742

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik”.

Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bənzər xəbərlər