featured-image-74567

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində klubdan ayrıla bilər.

Msport.az xəbər verir ki, 40 yaşlı forvard “Əl-Nəsr”də özünü xoşbəxt hiss etmir və karyerasını Avropada və ya MLS-də davam etdirmək üçün variantları nəzərdən keçirir.

Ronaldonun 50 milyon avroya başqa bir kluba transfer olunacağı qeyd olunub. Kriştiano 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Ronaldo daha əvvəl klub rəhbərliyindən narazı olduğu üçün “Ər-Riyad”la oyunda meydana çıxmaqdan imtina etmişdi.

Qeyd edək ki, Kriştiano karyerası ərzində “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq”in də formasını geyinib.

Bənzər xəbərlər