Ronaldo “Əl-Nəsr”in oyununu boykot edir
Kriştiano Ronaldo “Əl-Nəsr”dəki vəziyyətdən narazıdır və matçlarda iştirak etməkdən imtina edir.
Msport.az xəbər verir ki, Ronaldo “Əl-Nəsr”in “Ər-Riyad”la bu gün keçiriləcək oyununu buraxmaq niyyətindədir.
Kriştiano Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubun idarə olunma formasından narazıdır. Portuqaliyalı futbolçu “Əl-Nəsr”ə kifayət qədər investisiya yatırılmadığını da hesab edir. Ronaldo düşünür ki, klub rəhbərliyi “Əl-Nəsr”ə zərər verir, xüsusilə də transfer bazarında daha fəal olan “Əl-Hilal”la müqayisədə.
Qeyd edək ki, Ronaldo 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.







